VI sinif
VI sinfin sonunda şagird:
·
hadisələri (mexaniki, istilik, elektrik)
fərqləndirir, onlara dair sadə məsələlər həll edir;
·
materiyanın formalarını fərqləndirir, maddələrin
aqreqat hallarını izah edir və sadə məsələlər həll edir;
·
təbiətdəki əlaqəli sistemləri fərqləndirir və
qarşılıqlı təsirə dair müşahidələrini izah edir;
·
sadə təcrübələr aparır və ölçü cihazlarından
təhlükəsiz istifadə edir;
·
fiziki hadisələrə əsaslanan məişət qurğularından
istifadə edir;
·
fizika elminin inkişafında dünya alimlərinin roluna
dair məlumatları təqdim edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Mexaniki, istilik,
elektromaqnit hadisələrini fərqləndirir.
1.1.2. Müxtəlif xarakterli
fiziki hadisələrə dair sadə məsələlər həll edir.
1.1.3. Hərəkəti növlərinə
görə qruplaşdırır.
1.1.4. Müxtəlif xarakterli
təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.
2.
Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələri quruluşuna
(aqreqat hallarına) görə fərqləndirir.
2.1.2. Materiyanın
formalarını fərqləndirir.
2.1.3. Materiyanın
formalarına dair müşahidələrini sadə şəkildə təqdim edir.
2.1.4. Maddələrin
quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər həll edir.
2.2. Təbiətdəki
əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli
sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.
2.2.2. Təbiətdəki qarşılıqlı
təsirə dair müşahidələrini təqdim edir.
3. Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.
Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2.
Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından
istifadə edir.
3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı
təqdim edir.
Hiç yorum yok:
Yorum Gönder