“Sınaq Qiymətləndirilməsində məqsəd kimisə cəzalandırmaq deyil, mövcud durumu bilmək və müəllimlərin səviyyəsini qaldırmaqdır”. Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, ilk növbədə qiymətləndirilmədən sonra əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulub. Yüksək nəticə göstərən müəllimlərin mükafatlandırılması da nəzərdə tutulub. “Ətraflı təhlillər aparıldıqdan sonra əmək haqqının artırılması məsələsinə baxılacaq”.
E. Əliyev əlavə edib ki, müəllimlərin attestasiya məsələsi hazırda gündəmdə deyil, lakin sınaq qiymətləndirilməsindən sonra bunu reallaşdırmaq nəzərdə tutulub.
Qeyd edək ki, müəllimlər üçün sınaq imtahanları test şəklində 4 variant və 80 sualdan ibarət olacaq. Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat məktəblərindən 592 müəllim iştirak edəcək. Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək. Sınaq imtahanları gələn ay keçiriləcək.
|
Hiç yorum yok:
Yorum Gönder