29 Mayıs 2014 Perşembe

Diqqet,Diqqet !

Diqqət! Diqqət! Diqqət!
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai Birliyi ulu öndər Heydər Əliyevin 91-ci il doğum günü münasibəti ilə təşkil etdiyi “Ən yaxşı blog” müsabiqəsinə təqdim olunmuş işlərin qiymətləndirilməsini yekunlaşdırdı. Müsabiqəyə təqdim olunmuş müəllim və şagird bloglarının nəticələrinin elan olunması və diplomların verilməsi may ayının 30-u saat 11:00-da Təhsil Problemləri İnstitutunun II korpusunda baş tutacaq. Müsabiqədə iştirak etmək istəyənlər öz yaratdıqları blogların linklərini “musabiqe.blog@gmail.com” ünvanına göndərmişdilər.
Müsabiqənin şərtlərinə görə, hazırlanan işlər “Blogspot.com” saytında hazırlanmalı; hazırlanan blogda Heydər Əliyev və Müasir Azərbaycan Təhsili bölməsi öz əksini tapmalı idi. Blogda öz əksini tapan bütün məlumatlar əgər özü tərəfindən deyil, digər bir insan tərəfindən hazırlanıbsa, o zaman müəlliflik hüquqları qorunmalı idi.
Hər materialın mənbələrinə istinad mütləq göstərilməli idi. Sonda münsiflər tərəfindən 3 nominasiya üzrə qiymətləndirmə aparılmışdı:
- “Ən yaxşı dizayn”,
- “Ən yaxşı məzmun”
- “Ən yaxşı veb-resurs”
Qeyd edək ki, üçüncü bölmədə müəllifin müxtəlif Veb 2.0 alətlərindən istifadə edərək hazırladığı müxtəlif resurslar nəzərdə tutulur.
Təşkilat Komitəsindən bildirilib ki, hər bir nominasiya üzrə əlavə olaraq 3 həvəsləndirici yer ayrılacaq.
Bütün bu nominasiyaların hamısını özündə əks etdirən ən yaxşı 1 bloq sahibi müsabiqənin xüsusi nominasiyası olan “Ən yaxşı blogçu” fəxri adına layiq görüləcək. İşlərin son göndərilmə tarixi 10 may tarixində idi.
Mükafatlandırma mərasimi may ayının 30-u saat 10:30-da Təhsil Problemləri İnstitunun II binasında keçiriləcək.
Mükafatlandırma mərasiminə dəvət olunan iştirakçıların siyahısı:
1. Qəribova Şəhla – Şamaxı şəhəri
2. Aygün Göyüşova - Şəki şəhəri
3. Əsədova Məlihə - Bakı şəhəri
4. Əlizadə İranə - Zaqatala şəhəri
5. Məmmədova Vəfa- Bakı şəhəri
6. Məmmədova İradə - Şəki şəhəri
7. Sevinc Əliyeva
8. Natavan Musayeva - Mingəçevir şəhəri
9. Nərmin Musayeva - Şəki şəhəri
10. İsrafilova Gülbəniz - Bakı şəhəri
11. Gültəkin Mustafayeva – Bakı şəhəri
12. Pərvanə Abbasova - Şəki şəhəri
13. Vasif Ramazanov – Sumqayıt şəhəri
14. Turanə Məmmədova - Şəmkir şəhəri
15. Pərvanə Hətəmova - Şirvan şəhər
16. Esmira Əhmədova - Şəki şəhəri
17. Dilşad Şeyxzadə - Bakı şəhəri
18. Gültəkin Rüstəmova - Bakı şəhəri
19. Könül Əliyeva - Zaqatala rayonu
20. Səbinə Əliyeva
21. Xanım Sadıqzadə - Bakı şəhəri
22. Nərgiz Məmmədova – Bakı şəhəri
23. Hüseynova Arzu – Bakı şəhəri
24. Mirzəyeva Şəhla
25. Sevinc Mirzə
26. Nurlan Quliyeva - Göygöl rayonu
27. Nuran Mürşüdzadə - Şəki şəhər (tələbə)
28. Təranə Abbasova – Bakı şəhəri
29. Yusif İbrahimov - Şəki şəhəri
30. Mircamal Haşımov
31. Leyla Bayramova
32. Ramil Cəfərov
33. Seyran Əliyev - Lənkəran rayonu
34. Təbriz Qurbanov- Hacıqabul rayonu
35. Aliyə Əhmədova
36. Alqış Həsrətov
37. Çinarə Bayramova – Sumqayıt şəhəri
38. Gülşən Həsənova- Şirvan rayonu
39. Quliyeva Bədirnisə - Bakı şəhəri

12 Mayıs 2014 Pazartesi

Sınaq imtahanlarından sonra müəllimlərin maaşına baxılacaq

AAA
Sınaq imtahanlarından sonra müəllimlərin maaşına baxılacaq
 12.05.2014, 14:32
“Sınaq Qiymətləndirilməsində məqsəd kimisə cəzalandırmaq deyil, mövcud durumu bilmək və müəllimlərin səviyyəsini qaldırmaqdır”.
Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, ilk növbədə qiymətləndirilmədən sonra əmək fəaliyyətinin  optimallaşdırılması nəzərdə tutulub. Yüksək nəticə göstərən müəllimlərin  mükafatlandırılması da nəzərdə tutulub. “Ətraflı təhlillər aparıldıqdan sonra əmək haqqının artırılması məsələsinə baxılacaq”.
E. Əliyev əlavə edib ki, müəllimlərin attestasiya məsələsi hazırda gündəmdə deyil, lakin sınaq qiymətləndirilməsindən sonra bunu reallaşdırmaq nəzərdə tutulub.
Qeyd edək ki, müəllimlər üçün sınaq imtahanları test şəklində 4 variant və 80 sualdan ibarət olacaq. Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat məktəblərindən 592 müəllim iştirak edəcək. Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək. Sınaq imtahanları gələn ay keçiriləcək.

Imtahanda hamimiza ugurlar :)

Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb.
Bakı. Könül Kamilqızı - APA. Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb.
APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, sınaq qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəklər. Onun sözlərinə görə, sınaq qiymətləndirmədə yalnız Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər iştirak edəcəklər. A.Tairquliyeva qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak etmək üçün hər bir müəllimə “Buraxılış vərəqəsi” göndəriləcək və orada qiymətləndirmənin aparılacağı məktəb, yer qeyd olunacaq. Qiymətləndirmə zamanı müəllimlərə 4 variantda 80 sualdan ibarət testlər təqdim olunacaq. 80 sualdan 40-ı müəllimlərin kurrikulum, 20-si metodik, digər 20-si isə kommunikativ bilikləri yoxlanılacaq”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin müavini Elnur Әliyev bu qiymətləndirmənin müəllimlərin sonrakı fəaliyyətinə hansı formada təsir edəcəyini də açıqlayıb. O qeyd edib ki, sınaq qiymətləndirmədən sonra müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. E.Əliyevin sözlərinə görə, sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır: “Ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əmək haqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər. Sınaq qiymətləndirmənin nəticəsi yalnız diaqnostik xarakter daşıyır. Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır. Bakının müəllimləri özlərinə yaxın ərazidə keçiriləcək imtahanda iştirak edəcək. Ümumilikdə sınaq qiymətləndirmənin keçirilməsi üçün Bakının 4 zonasında 30-dək məktəb müəyyənləşdirilib. Sınaq qiymətləndirmənin keçirilməsində məqsəd hansısa cəzalandırma, sanksiya tətbiq etmək yox, müəllimlərin səviyyəsini bilmək və onların yüksəldilməsini təmin etməkdən ibarətdir”.
Nazirlik rəsmisi qeyd edib ki, yaxın müddət ölkənin regionlarındakı orta məktəblərdə çalışan müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu proses ilkin olaraq şagirdlərin sayına görə ölkədəki bütün şagirdlərin 28 faizini əhatə edən Bakıda təşkil olunur, yaxın gələcəkdə digər rayonlarda əhatə edəcək.
Əməkdar müəllim Asif Cahangirov bildirib ki, müəllim hazırlığı, sovet ideologiyasında yetişən müəllimlərin müasir təlim metodlarına yönəldilməsi əsas məsələlərdən biridir. Onun sözlərinə görə, ölkədəki müəllim hazırlığında əsaslı dönüş yaradılmalıdır: “Bunun üçünsə, real vəziyyətin necə olduğu öyrənilməlidir. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq sınaq qiymətləndirmə vasitəsilə kütləvi araşdırma aparılacaq. Sınaq qiymətləndirmə zamanı da əsas məsələ müəllimlərin yoxlanılması deyil, diaqnostika əsasında müəllimlərin peşəkar inkişafı sahəsində konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir”.

Muellimlerin nezerine

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında BŞTİ – nin müdir müavini əvəzi Elnur Əliyev, müdir müavini Hüseyn Əsgərov, təhsil üzrə ekspert Asif Cahangirov KİV nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaqdır.
Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcəkdir.
Sınaq Qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları - kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir.
Kommunikativ qabiliyyətə dair sorğu - müəllimlərin sagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.
Nəzərinizə çatdıraq ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. 
Qiymətləndirilmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı - ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcəkdir. 
Sınaq Qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur.
Qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaqdır. Bu proses, həmçinin müəllimlərin ixtisasartırılması və yenidənhazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə, təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaqdır.